AZ

Amorim üçün daha bir "elçi"

Adı “Liverpul”la hallanan “Sportinq”in baş məşqçisi Ruben Amorimlə bağlı yeni iddia ortaya atılıb.

Futbolpress.az xəbər verir ki, “qırmızılar”dan sonra “Vest Hem” klubu da mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbutı məlumat yayıb.

“Vest Hem” baş məşqçisi Devid Moyeslə yolları ayırmağı düşünür. Onun yerinə əsas namizəd isə Amorimdir.

Daha əvvəl portuqaliyalı mütəxəssisin “Liverpul”la danışıqlar apardığı bildirilib.

Amorimin rəhbərlik etdiyi “Sportinq” Portuqaliya çempionatında sona dörd tur qalmış 80 xalla birinci sıradadır.
Seçilən
32
Mənbələr
Şərh ()
Bağla