AZ

Kadidən YENİ AÇIQLAMA: “Mən həmişə hazıram, əlimdən gələni edəcəm”

Sportibnfo.az xəbər verir ki, "Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borges bu mövsüm komandada qazandığı oyun şansı haqqında danışıb.

"Qarabağ"ın sabiq legioneri "RB Sport"a açıqlamasında deyib ki, son vaxtlar bütün oyunu meydanda olmasa da, komandaya kömək etməyə həmişə hazırdır:

“Oynayıb-oynamamağım baş məşqçinin qərarıdır. Mən həmişə hazıram.

Komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. İndi biz oyundan-oyuna inkişaf edirik”.

27 yaşlı braziliyalı vinger bu mövsüm "Krasnodar"ın heyətində bütün yarışlarda 28 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Qarabağ"a qayıtmaq istəməsi ilə bağlı xəbərlər yayılan futbolçunun müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla