AZ

UWW qərarını verdi: Bayramovun qarşılaşmasında hakimlər səhv edib

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Turan Bayramov və Frank Çamizo Markez (İtaliya) arasında baş tutan görüşdə mübahisəli hakim qərarını araşdırıb.

Futbolpress.az xəbər verir ki, qurum hakimlərin səhv qərar verdiyi qənaətinə gəlib.

Həmçinin UWW-nin 53-cü maddəsinə əsasən, azərbaycanlı güləşçinin nəticəsi qüvvədə qalıb. Belə ki, qaydalara görə, xalçada qalib elan olunmuş güləşçinin nəticəsi ləğv edilə bilməz.

Həmçinin matçın hakimləri cəzalandırılıb. Belə ki, Roman Pavlov 31 dekabradək, İbrahim Cicioğlu 30 sentyabradək, xalça hakimi Aleksey Bazulin, eləcə də Kamel Buaziz və Keysi Qössl 30 iyunadək yarışlardan uzaqlaşdırılıb.

Həmin görüşdə hesab 8:8 olarkən Çamizo 2 xallıq fənd tətbiq etsə də, hakimlər bunu qeydə almamışdır. 

Turan Bayramov Olimpiya Oyunlarına vəsiqə qazanıb, Çamizo isə mayda İstanbulda keçiriləcək Dünya Təsnifat turnirində iştirak edəcək.
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla