AZ

Balta ilə arvadının əlini kəsib itə yedizdirdi - ŞOK OLAY

Balta ilə arvadının əlini kəsib itə yedizdirdi - ŞOK OLAY

Rusiyanın Kalininqrad vilayətində arvadının barmaqlarını balta ilə kəsən saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 53 yaşlı şəhər sakini Kalininqrad xəstəxanasına aparılıb. Qadın bildirib ki, mübahisə zamanı əri onun əlinə balta vurub və iki barmağının falanqsını kəsib.

Hadisə yerinə polis əməkdaşları gəlib. Məlum olub ki, ər-arvad spirtli içki qəbul edib və güclü mübahisə ediblər. Kişi balta ilə qadının barmaqlarını kəsib və onları evin həyətindəki itə yedizdirib. Daha sonra kişi yatmağa gedib.

Cinayət törətmiş 58 yaşlı kişi saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla