AZ

“Qəbələ” “Zirə”yə, “Qarabağ” “Neftçi”yə qarşı - YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Offsideplus.az saytı xəbər verir ki, baş tutacaq görüşlərin ardından finalçılar müəyyənləşəcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Bakıda minimal fərqlə məğlub olan (1:2) turnirin son qalibi doğma arenasında bunun revanşı almağa çalışacaq.
 
Günün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Əzəli rəqiblər “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Səfər matçında rəqibin qapısından 4 cavabsız top keçirən ağdamlıların bu üstünlüyü əldən verməsi möcüzə olar.
 
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
24 aprel
 
17:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu
İlk oyun - 1:2
 
20:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:0
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla