AZ

Göyçayda ağır QƏZA - Xəsarət alanlar var - FOTO

Göyçayda avtomobil qəzası baş verib, xəsarət alanlar var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Mallı-Şıxlı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “VAZ 21015” markalı maşının sürücüsü həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dərəyə aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırlır. 


Bizim.Media, Aran bürosu
 

Seçilən
13
11
Mənbələr
Şərh ()
Bağla