AZ

Blogerin evində oğurluq: Təfərrüatı özü danışdı

Bloger Nagehan Abdullayeva evindən iti ilə yanaşı, zinət əşyalarının da oğurlandığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” verilişinə canlı bağlantı ilə qoşularaq danışıb:

“Necə olub biz də bilmədik. Evimiz ikimərtəbəlidir. Biz yuxarıda ailəlikcə oturmuşduq. Xadimə aşağıda itlə bərabər idi. Mən də elə bildim, evi yığışdırır. Fərid aşağı düşüb ki, evdə yoxdur. Mənə dedi, işçi yoxdur, söylədim ki, necə? Baxdım ki, bütün əşyalarını yığışdırıb gedib. Zəng etdim götürmədi. Sonra Fərid dedi ki, Tarçın yoxdur. Evi nə qədər axtardıq ki, iti tapa bilmədik.

İtin pasportunu da aparıb. Hələ 4-5 aylıqdır, uşaq kimidir, divandan belə aşağı düşə bilmir. Yəni özünün getməyi imkansızdır. Kamera görüntülərinə baxdıq ki, evdən çıxışı görünmür. Bir ağ maşın gəlir-gedir. Bizim görüntülərimiz var, amma qadının yoxdur. Özünə yazdım ki, itimi gətir, yoxsa çox pis olacaq. Axşam bacım görüb ki, qızılları, anamın orijinal saatları, mənim də bir çox şeyim yoxdur”.


Telegram kanalımız
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla