AZ

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Aprelin

Bakı, 24 aprel, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 23-də ümumi çəkisi 19,2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrdən 9,4 kiloqramdan çox heroin, 5,4 kiloqramdan artıq marixuana, 4,3 kiloqramdan çox metamfetamin dövriyyədən çıxarılıb.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
72
7
Mənbələr
Şərh ()
Bağla