AZ

Ançelottidən Arda ilə bağlı yeni qərar -

"El Clasico"da "Barselona"nı 3-2 hesabı ilə məğlub edən və əzəli rəqibi ilə arasındakı xal fərqini 6 həftə qalmış 11-ə yüksəldən Karlo Ançelottinin "Real Madrid"in heyətində bəzi dəyişikliklər edəcəyi iddia edilib. Metbuat.az xəbər verir ki, Ançelotti ehtiyatda olan futbolçuları əsas heyətə daxil edəcək. İspaniya mətbuatında yer alan xəbərə görə, bu futbolçulardan biri də Arda Gülerdir. Ardanın əsas heyətdə yer alacağı deyilir.

Qeyd edək ki, Karlo Ançelotti “El Clasico”dan sonra verdiyi açıqlamada "Artıq hər şeyi sakit şəkildə qiymətləndirəcəyik. Arda Gülər artıq istədiyi dəqiqələrə sahib olacaq" deyə bildirmişdi.

Seçilən
83
3
Mənbələr
Şərh ()
Bağla