AZ

Afrikadan gələn toz Yunanıstan səmasını narıncı rəngə boyadı - FOTO/VİDEO

Yunanıstanın paytaxtı Afinada səma narıncı rəngə boyanıb.

BAKU.WS xəbər verir ki, Afrikadan gələn çöl tozu səbəbilə yerli əhaliyə xəbərdarlıq edilib.

Yunanıstan tənəffüs yolları xəstəlikləri qurumunun yaydığı məlumata əsasən, atmosferdəki çöl tozu hissəciklərinin nəfəs problemləri olanlar üçün təhlükəli olduğu bildirilib.

Açıqlamada, tənəffüs və ürək xəstəlikləri olanların açıq havada gəzməməsi, pəncərələri bağlanmaları məsləhət görülüb. Eyni zamanda açıq havada maskalardan istifadə və xroniki xəstəlikləri olanların həkimlə daimi əlaqə saxlaması xahiş edilib.

Çöl tozu səbəbilə şəhər mərkəzində və bölgədə görünüş məsafəsi məhdudlaşıb.

Yunanıstan Meteorologiya İdarəsindən bildirib ki, ölkənin şimal və qərbində palçıqlı yağış gözlənilir.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla