AZ

“Premyer-liqada iştirak üçün ot örtüyünün dəyişdirilməsi tövsiyə olundu”

UEFA-nın stadionlar üzrə müfəttişi Neboyşa İvkoviçin AFFA nümayəndəsi ilə birgə Heydər Əliyev adına İmişli şəhər stadionuna baş çəkməsi diqqətimizi cəlb etdi.

O səbəbdən ki, “İmişli” premyer-liqada oynamır, ölkədaxili yarışlar üçün stadionun və klub infrastrukturunun nə dərəcədə yararlı olduğuna isə PFL qərar verir. Bəs serb müfəttiş niyə İmişliyə baş çəkib?

Bu sualı klubun idarə heyyətinin rəhbəri Aqşin Mürsəlova ünvanladıq:

“Premyer-liqada iştirak üçün ot örtüyünün dəyişdirilməsi tövsiyə olundu. Bu məsələ gündəmdədi. Çempionat bitən kimi ot örtüyünün yenidən əkilməsinə başlanılacaq. UEFA yarışlarına stadionu hazır etmək məsələsi bizim üçün də maraqlı və gələcək hədəflərimiz üçün vacib məsələlərdəndi. Ciddi çatışmazlıqlarımız yoxdu. Sadəcə, əlavə xərclərimiz çıxacaq. Növbəti mövsüm üçün bu xərcləri nəzərə alacağıq”.

İvkoviçin İmişli səfəri ilə bağlı Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayevlə də danışdıq:

“PeşəkarFutbol Liqası olaraq, AFFA-nın infrastrukturdepartamenti ilə sıx əlaqədəyik. Ölkədəki stadionların ümumi durumu həmişə təhlil olunur. Əslində PeşəkarFutbol Liqası tərəfindənİmişli şəhər stadionunda olan çatışmazlıqlar araşdırılıb, eyni zamandaAFFA tərəfindən stadionabaxış keçirilib və müvafiqraport hazırlanıb. Bildiyiniz kimi, UEFA nümayəndəsi Azərbaycandasəfərdə idi, Tovuzstadionunabaxış keçirmişdi. "İmişli"nin də gələcəklə bağlı planları geniş olduğu üçün fürsət düşmüşkən onların stadionuna da baxış həyata keçirilib. Klubun baş sponsoru stadionla bağlı işləri yüksək səviyyədə qurmaq məqsədilə belə xahiş edib və bu müraciət müsbət cavablanıb”

ƏSƏD SEYİDOV
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla