AZ

Elza Seyidcahan nəvəsinin ad günündə fata taxdı - FOTO

Əməkdar artist Elza Seyidcahanın nəvəsi Davudun 1 yaşı olub. 

Lent.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni oğlu Ələkbərin övladının özəl gününü şəhər restoranlarından birində qeyd edib. 

Məclisdə Seyidcahan ailəsi ilə yanaşı sənət adamları da yer alıblar. Xalq artisti İlqar Muradov, Əməkdar artist Mətanət İsgəndərli, Ədalət Şükürov, aşıq Zülfiyyə İbadova məclisdə mahnılar səsləndiriblər. 

Qeyd edək ki, E.Seyidcahanın oğlu Xəyalə adlı xanımla ailəlidir. Cütlüyün iki oğul övladı var. İfaçının qızı Gülşən isə Elxan adlı fotoqrafla ailəlidir və iki övladı var. 

Seçilən
34
4
Mənbələr
Şərh ()
Bağla