AZ

Vahid Hacıyev: “Bu il Cəbrayıla 712 ailə köçürüləcək” – VİDEO 

“2022-2026-cı illəri əhatə edən dövlət proqramına əsasən, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır”.
 

Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.
 

“Artıq bu il Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük yaşayış kompleksi tikilir. İki aydan sonra kompleksin bir hissəsi təhvil veriləcək. Həmin kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Bu il 712 ailənin köçürülməsi planlaşdırılır”, - deyə V.Hacıyev əlavə edib.
 

Alçina Amilqızı, Nicat Niftəliyev, Bizim.Media
 
Seçilən
13
5
Mənbələr
Şərh ()
Bağla