AZ

Londonda Kral Sarayının 5 atı mühafizəçiləri yerə çırparaq QAÇDI – FOTO/VİDEO

Londonda səhər saatlarında süvarilərini atıb qaçan Kral Sarayının atlarını tutmağa çalışırlar.

İnterpress.az xəbər verir ki, bu barədə “Telegraph” məlumat yayıb. Çərşənbə günü səhər gündəlik məşq zamanı beş at səs-küydən qorxub.

Heyvanlar mühafizəçiləri tullayaraq Britaniya paytaxtının müxtəlif tərəfərinə qaçıblar.

Onlardan biri ikimərtəbəli avtobusa çırpılıb və qabaq şüşəni sındırıb, nəticədə bir neçə nəfər xəsarət alıb.

Nəşr qeyd edir ki, bu cür qorxu saray gözətçisinin atları üçün xarakterik deyil. Çünki heyvanlar yaxşı təlim keçiblər və ictimai nəqliyyatın yanında olmağa öyrəşiblər.

İndi polis ordudan olan həmkarları ilə birgə qaçan atları axtarır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla