AZ

Bayden çaşdı: "Bizim administrasiyaya etibar etməyin"

ABŞ prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbərini və prezident seçkilərindəki rəqibi Donald Trampı tənqid edib və səhv cümlə işlədərək onun administrasiyasına etibar edilə bilməyəcəyini deyib.

Herbiand.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Trampı abortla bağlı mövqeyini dəyişdiyinə və bütün ölkə daxilində qadağanından əl çəkməyi təklif etdiyinə görə tənqid edən Bayden, keçmiş prezidentin hələ neçə dəfə ona etibar edilə bilməyəcəyini sübut etməli olduğu ilə maraqlanıb və sözlərin yerini qarışdırıb.

“Uşaqlar, bəzi mənalarda bilmirəm ki, Tramp bizi niyə təəccübləndirir. Bizə etibar edilə bilməyəcəyini daha neçə dəfə sübut etməli olacaq?” - Amerika lideri deyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla