AZ

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Bakı. Trend:

Qanuna dəyişiklik qəbul olunacağı halda "Dekstrometorfan"maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlartərəfindən ölkəyə gətirilməsindəki qadağa aradan qaldırılacaq.

Bunu Trend-ə MilliMəclisin deputatı Vüqar İskəndərov “Azərbaycan Respublikasınınərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarətedilən narkotik vasitələrin, psixotrop maddələrin, habeləAzərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzitnəql edilməsinə və istehsalına lisenziya tələb olunanprekursorların siyahıları”na dəyişikliyi şərh edərkən deyib.

O qeyd edib ki, layihədə "Dekstrometorfan" maddəsinin AzərbaycanRespublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotropmaddələrin siyahısından çıxarılaraq, Azərbaycan Respublikasınınərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrinsiyahısına "başqa mürəkkəb tərkibli dərman preparatlarınıntərkibində nəzarətdə saxlanılmır" qeydi ilə daxil edilməsi təklifedilir.

“Bu qeydin müəyyən edilməsi layihənin qəbul olunacağı təqdirdə"Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərmanpreparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəkiqadağanın aradan qaldırılmasını, əhalinin qeyd edilən dərmanpreparatlarına əlçatanlığını təmin edəcək”, - deyə deputatbildirib.

Qeyd edək ki, dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilənplenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbuledilib.

Seçilən
28
12
Mənbələr
Şərh ()
Bağla