AZ

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:

"Bu uğur ilk növbədə prioritet istiqamətləri Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir. Əvvəlki dövrlərlə müqayisədə onun hücum xarakterli olması,bununla belə qarşı tərəflə danışıqlarda konstruktiv mövqe sərgiləməsi bölgədə etibarlı sülh və sabitliyin bərqərar olması üçün qarant rolunda çıxış etmişdir.
Əldə edilmiş razılıqlar Ermənistanla demarkasiya və demilitasiya ətrafında danışıqlara ciddi təsir göstərməklə,sülh müqaviləsinin tezliklə imzalanmasına əlverişli ,regional şərait yarada bilər.Bu razılaşmalar bir daha sübut edir ki,tezisləri İlham Əliyev tərəfindən irəli sürülən ÜmumQafqaz evi layihəsi ətrafında region dövlətləri konstuktiv müzakirələr aparmaqla regionun təhlükəsizlik problemlərinin həlli ətrafında ortaq məxrəcə gələ bilərlər. Ən əsasi isə bundan ötru kimlərinsə vasitəçi qismində iştirak etməsinə ehtiyac yoxdur.
Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş 3+3 formatında əməkdaşlıq da məhz bunu ehtiva edir. Təəssüf ki,bu model bəlli geosiyasi amillərə görə qlobal gucləri qane etmir,buna görə də onlar bu formatda əməkdaşlığın dərinləşməsində maraqlı olmadiqlarından havadarlıq etdikləri qüvvələr vasitəsilə əyləc mexanizmlərini basmağa,sülh proseslərinə əngəl olmağa çalışacaqlar.Regionun təhlükəsizlik problemlərinə regional əməkdaşlıq mövqeyindən çıxış edən tərəflər siyasi iradə,qətiyyət və əzm nümayiş etdirəcəkləri halda bu proseslər davamlı və həm də ÜmumQafqaz evinin maraqlarına uyğun formatda davam etdiriləcək.
Keçən əsrin əvvəllərində məhz ÜmumQafqaz problemlərinin həllinə münasibətdə Cənubi Qafqaz Seyminə daxil olan milli,siyasi qüvvələr həmrəylik nümayiş etdirə bilmədiklərinə görə Seym parçalandı. Bir müddət sonra Cənubi Qafqazda yaranmış milli dövlətlərin ömrü çox olmamışdır.
Tarixin acı təcrübəsi Qafqazdakı dövlətlərdən konstuktiv əməkdaşlığı,qarşılıqlı,faydalı münasibətlərin qurulmasını zəruri edir. Prezident İlham Əliyevin Qafqaz evi ideyası da məhz bu amillərin gerçəkliyə çevrilməsini ehtiva edir".


BiG.Az
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla