AZ

Macarıstan Avropa Parlamentinin Ukrayna taxılına dair qətnaməsinə əməl etməkdən imtina edir

Avropa Parlamentinin Ukrayna mallarının rüsumsuz idxalını daha bir il uzatmaq qərarına baxmayaraq Macarıstan Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyacaq.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Macarıstanın Kənd Təsərrüfatı Naziri İştvan Nagy deyib ki, Brüssel elitaları bir daha sübut etdilər ki, Ukraynanın maraqları onlar üçün avropalı fermerlərin rifahından daha önəmlidir.

Nagy qeyd edib ki, Ukrayna mallarının Avropa ölkələrinə tədarük həcmi son üç ildə rekord yüksək səviyyədə qalıb. 2024-cü ilin birinci rübünün dinamikası davam edərsə, Ukraynadan Aİ-yə qarğıdalı və buğda idxalının həcmi 2022 və 2023-cü illərdə maksimumları keçəcək. “Bu, avropalı fermerlər üçün gözlənilməz nəticələrə səbəb olacaq, çünki onlar beynəlxalq oliqarxlara məxsus yüz minlərlə hektar Ukrayna təsərrüfatları ilə rəqabət apara bilməyəcəklər”, – Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi xəbərdarlıq edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla