AZ

Lukaşenko Belarusda keçiriləcək növbəti prezident seçkilərində iştirak şərtlərini AÇIQLADI

Aleksandr Lukaşenko Belarusda keçiriləcək növbəti prezident seçkilərində iştirak şərtlərini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Lukaşenko jurnalistlərə açıqlamasında danışıb.

Ölkənin hazırkı prezidentinin sözlərinə görə, “xalq belə qərar verərsə” o, seçkilərdə iştirak edəcək:

“Üstəlik, Belarus xalqı başqa şəxsin prezident olması qərarına gəlsələr, bununla razılaşacam”.

Mən bu qədər uzun müddətdir ki, prezident kimi çalışıram... Əgər seçilməsəm, ilk prezident olmaqla kifayətlənəcəyəm”.
Qeyd edək ki, Belarusda növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməlidir.

Bizim.Media

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla