Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin təkrar oyunları keçirilir.
Yenisabah.az xəbər verir ki, günün ilk oyununda kubokun sonuncu qalibi “Qəbələ” “Zirə”ni qəbul edib.
Paytaxt klubu ilk oyunda olduğu kimi(2:1) bu oyunda da qələbə qazanıb - 2:0. "Zirə" bununla tarixində 2-ci dəfə Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.
Digər oyunda isə “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Bu oyun isə saat 20:00-da başlanacaq.
Final matçı iyunun 2-də keçiriləcək.
Azərbaycan kuboku, 1/2 final
Təkrar oyunlar
17:00. “Qəbələ” - “Zirə” - 0:2
Qol: Vladislav Kulaç, 59, Rafael Utziq, 84
Qəbələ şəhər stadionu
İlk oyun 1:2