AZ

Rəcəb Fərəczadə söz verdi

Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri keçirilib.

"Aznur" "Real Bakı"nı 6:2 (ilk oyun – 2:2), "Birbaşa Bakı" isə "Odlar Yurdu"nu 6:3 (2:0) hesabıyla məğlub edib. Beləliklə, finalda "Aznur"la "Birbaşa Bakı" üz-üzə gələcək. Son oyun və final ilə bağlı fikirlərini öyrənmək üçün "Aznur"un baş məşqçisi Rəcəb Fərəczadə ilə əlaqə saxladıq:
“Oyunun elə bitməsinə baxmayaraq, deməzdim ki, inamlı qələbə qazandıq. Çox çətin və ağır oyun oldu. Birinci matçdan fərqli oyunçularım daha əzmkar oldu. Dediklərimin hər birini etdilər. Standart vəziyyətləri məşqlərdə çox işlətmişdik. Elə qollarımızın iki-üçünü standart vəziyyətdən vurduq. Finalda rəqibimiz "Birbaşa Bakı"dı. Həm fərdi, həm də texniki cəhətdən onların gücü hər kəsə bəllidi. Həvəskar turnir olsa da, "Birbaşa Bakı"nı peşəkar klub kimi dəyərləndirirəm. Finalda maraqlı oyun olacağına söz verirəm”.


GÜNAY SÜLEYMANOVA
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla