AZ

“Zirə” Azərbaycan Kubokunda finala yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Arena.az xəbər verir ki, əvvəlcə, “Qəbələ” öz meydanında “Zirə”ylə üz-üzə gəlib.

Zirədə baş tutmuş ilk oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəlmişdilər. Premyer Liqada aşkar autsayder olan və elitanı tərk edəcəyi böyük ölçüdə dəqiqləşmiş “Qəbələ” bütün ümidini kuboka bağlamışdı. Kubok komandası kimi tanınan əyalət təmsilçisi mərhələ adlamaq üçün ya inamlı qələbə qazanmalı, ya da oyunu penaltilər seriyasına daşıyıb, 11 metrlik zərbələri dəqiq yerinə yetirməliydi.

Premyer Liqanın turnir cədvəlində üst pillələrdə qərarlaşmış “Zirə”yə isə kubokda finala çıxmaq üçün Qəbələdə heç-heçə də bəs edirdi. Amma Rəşad Sadıqovun komandası səfərdə də inamlı qələbə qazanaraq finala daha layiq olduğunu sübuta yetirib.

Kaxaber Sxadadzenin gəlişindən bəri qələbəyə həsrət olan “Qəbələ” isə Premyer Liqanın ardından, kubokla da vidalaşmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda digər yarımfinal oyunu “Qarabağ”la “Neftçi” arasında baş tutacaq. Ağdam təmsilçisi səfərdə baş tutmuş ilk oyununda əzəli rəqibinə 4:0 hesabıyla qalib gəlib və demək olar ki, finala vəsiqəni təmin edib.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
24 aprel

“Qəbələ” – “Zirə” 0:2
Qollar: Vladislav Kulaç, 58. Rafael Utziq, 84.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:2.

Qəbələ: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 24. Sezar Meza Kolli, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla