AZ

"Neftçi"nin kapitanı bu gün "Qarabağ"la oyuna çıxmayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov bu gün "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyəcək.

Bu barədə Sportinfo.aza "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Yarımmüdafiəçi matçdan əvvəl məşq prosesində topuğunda ağrılar hiss etdiyi üçün qarşılaşmanı buraxacaq.

Görüş saat 20:00-da start götürəcək.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla