AZ

Ərdoğan Netanyahunu Hitlerə bənzətdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu “zəmanəmizin Hitleri” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, RİA Novosti Ərdoğanın sözlərindən sitat gətirib:

“Bu günün Hitleri Netanyahu və onun əlaltıları məsuliyyətdən qaça bilməyəcəklər. Nə qədər qaçsa da, onun arxasınca gedəcəyik”, – o vurğulayıb.

Ərdoğan İsrailin Qəzza zolağının fələstinli əhalisinə qarşı həyata keçirdiyi soyqırımı və onu tamamilə məhv etmək cəhdləri ilə faşist Almaniyasının lideri Adolf Hitlerlə müqayisəsini izah edib. Bununla bağlı Türkiyə lideri İsrailin fələstinlilərə qarşı cinayətlərinin sübutlarını BMT-yə təqdim etməyə davam edəcəyinə söz verib.

“Biz kənarda qalmağı gözə ala bilmərik. Buna qarşı durmaq üçün BMT mexanizmləri vasitəsilə aktiv addımlara ehtiyacımız var”, – deyə o vurğulayıb.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla