AZ

Yeniyetmə Parisdəki Olimpiadada terror törədəcəkmiş..?

...Fransada 16 yaşlı uşaq Parisdə Yay Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Fransanın şərqindəki Yuxarı Savoya departamentindən olan yeniyetmə Daxili Təhlükəsizlik Baş İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılıb. Gənc fransız sosial şəbəkələrdə partlayıcı hazırlamaq üçün materiallar almağa cəhd etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinə düşüb.
Fransanın “Le Parisien” nəşri şagirdin valideynlərinin evindən aparıldığını bildirir. Axtarışlar zamanı yeniyetmənin mobil telefonu götürülüb. Saxlanılan şəxs etiraf edib ki, olimpiada çərçivəsində üzgüçülük yarışlarının keçiriləcəyi Paris şəhərinin qərb kənarında yerləşən La Défense biznes rayonunda tüfəng və partlayıcı maddələrdən istifadə etməklə terror aktı planlaşdırıb.

Bundan əvvəl Fransa kəşfiyyat xidmətləri Parisdə Olimpiadanın açılışını ləğv etməyi tövsiyə etmişdi.

“The New York Times”-nin məlumatına görə, Paris Olimpiadasında terror aktları baş verə bilər.

Nazlı

Seçilən
154
2
Mənbələr
Şərh ()
Bağla