AZ

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Avropa

Kiyev, 25 aprel, AZƏRTAC

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro məbləğində daha bir tranş ayırıb.

Bu barədə AZƏRTAC Avropa Komissiyasının mətbuat xidmətinə istinadla xəbər verir.

“Ukrayna hamımızın çiynində ağır yük daşıyır. Bu gün öhdəmizə götürdüyümüz əlavə 1,5 milyard avro Ukraynanın işğalçıya qarşı mübarizə apararkən hökumət hakimiyyətini və əhali üçün əsas xidmətləri saxlamağa davam etməsini təmin edəcək”, - Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib.

O, əlavə edib ki, Aİ Ukrayna hakimiyyəti ilə yaxından işləyəcək və Aİ Şurası tərəfindən tezliklə razılaşdırılacaq Ukrayna planının həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində Avropa İttifaqı Ukraynaya genişmiqyaslı maliyyə köməyini təqdim etmək qərarına gəlib. Aİ ölkələri liderləri fevralın 1-də keçirilən xüsusi sammitdə Ukraynaya 2027-ci ilə qədər təqdim ediləcək 50 milyard avro məbləğində yardım paketini təsdiq ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Seçilən
155
4
Mənbələr
Şərh ()
Bağla