AZ

Ukraynalı "Rapunzel" rekordlar kitabına düşdü - VİDEO

Ukraynalı Aliyə Nasırova ən uzun saça sahib olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Aliyə İtaliyanın "Lo Show dei Record" verilişinin efirində ictimaiyyətə təqdim olunub. O, heç vaxt saçlarını kəsmədiyini etiraf edib. 

Belə ki, boyu 165 sm olan qızın saçları 257,33 sm uzunluğundadır. Rekordçu ümid edir ki, onun nümunəsi “insanları insan gözəlliyindən həzz almağa və təbii olmağa ruhlandıracaq”.

Aliyə hazırda Slovakiyada yaşayır. O, rəssam və qrafik illüstrator, eləcə də model kimi fəaliyyət göstərir. Ginnesin Rekordlar Kitabının nümayəndələri Aliyəni “əsl Rapunzel” adlandırıblar. Qızın özü saçlarını bu qədər uzatmağa anası, nənəsi və Rapunzel kimi nağıl qəhrəmanlarından ilham aldığını deyib.

Gülayə Mecid

Seçilən
74
50
Mənbələr
Şərh ()
Bağla