AZ

Hazırda Qazaxla sərhəddə vəziyyət necədir?

Hazırda Qazaxla sərhəddə, daha doğrusu Ermənistanın Tovuzqala (Tavuş) vilayətində vəziyyət gərgin olaraq qalır. 

Bizim.Media xəbər verir ki, bu barədə ermənilərə məxsus Telegram kanalları yazıb.

Mənbə qeyd edir ki, səhər saatlarında Kirants kəndinin sakinlərinə məlumat verilib ki, minatəmizləmə işləri yaxın vaxtlarda davam etdiriləcək. 

Bu işin qarşısını almaq üçün erməni revanşistləri yolu bağlayıblar.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistanın dövlət komissiyaları səkkizinci iclaslarında qərara gəliblər ki, delimitasiya prosesinə Tavuşdan başlanılacaq və iyulun 1-nə kimi sərhədyanı zonanın  müəyyənləşdirilməsi işi sona çatdırılacaq.

Elə həmin gün axşam saatlarından başlayaraq, İrəvanla Bakı arasında bağlanmış razılaşmalardan narazı olan yerli sakinlər Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyaları keçirirlər.



Bizim.Media

Seçilən
21
7
Mənbələr
Şərh ()
Bağla