AZ

İşçilərin sosial mediada ən çox etdiyi səhvlər

Sosial media platformaları böyüməyə davam edir və aktiv istifadəçilərin sayı dünya üzrə 4,6 milyardı keçib. İş dünyasının vazkeçilməz elementinə çevrilən sosial media platformaları həm də işçilərin özləri, işləri və şəxsi həyatları haqqında ətraflı məlumat əldə etmələrinə şərait yaradır. Bu nöqtədə işçilərin həm şəxsi imicinə, həm işlədiyi şirkətə, həm də şəbəkədə olduqları mühitə görə iş həyatında sosial mediadan istifadə etmələrinə diqqət yetirmələri böyük əhəmiyyət kəsb edir. 

Valyuta.az xəbər verir ki, işçilərin sosial mediada tez-tez etdiyi səhvləri təqdim edir.

1. Şişirdilmiş şərhlərdən istifadə etmək

Müxtəlif sosial media platformalarının gündəmini siyasi hadisələr müəyyən edir. Bu məqamda işçilərin siyasi və ictimai hadisələr qarşısında təhqiredici və ayrı-seçkilik yaradan ifadələr işlətməməsi böyük əhəmiyyət kəsb edir. Həddindən artıq şərhlər işçilərin iş həyatına zərər vurur.

2. Məxfilik pozuntuları

İşçilərin sosial mediadan istifadəsi araşdırıldıqda, statistika onu göstərir ki, insanlar sosial mediada məxfiliklərini qoruya bilmirlər . Xüsusilə “Linkedln” kimi biznes yönümlü sosial media platformalarında şəxsi həyatla bağlı paylaşımlar və məxfiliyin pozulması şəxsi və korporativ imicinə zərər verir.

3. Uyğun olmayan platforma seçimi

Dünyanın qabaqcıl sosial media platformaları təşkilat quruluşu və aktiv istifadəçi sayı baxımından biznes, gündəm, həyat tərzi və şəbəkələşmə kimi fərqli istifadə sahələri ilə seçilir. Sosial media platformalarından düzgün istifadə etmək böyük əhəmiyyət kəsb edir. Əks halda, işçilərin fərdi profillərindən sui-istifadə korporativ imic və fərdi reputasiya üçün mənfi nəticələrə səbəb olur.

4. Məlumatların məxfiliyinə diqqət yetirməmək

Kiberhücumların və məlumat oğurluğunun qarşısını almaq üçün işçilərin iki faktorlu autentifikasiya, güclü parolların yaradılması, şəxsi məlumatların və profilin məxfiliyi kimi ehtiyat tədbirlərini görmələri zərurətdən artıqdır. Oğurlanmış hesablar nəticəsində yaranan neqativ hallar qurumun və şəxsin imicinə böyük zərbə vura bilər.

5. Şəxsi və biznes hesabları arasındakı fərqləri bilməmək

İşçilərin ən çox etdiyi səhvlərdən biri şəxsi və iş hesabları arasındakı fərqləri bilməməkdir. İşçilərin yol verdiyi digər səhvlər isə bunlardır: nəyisə paylaşmazdan əvvəl düşünməmək, tələsik paylaşımlar etmək, orfoqrafiya qaydalarına fikir verməmək, qeyri-peşəkar cavablar vermək, sosial media profillərində yalan məlumatlar paylaşmaq. Bütün bu amillər rəqəmsal dünyada işçilərin şəxsiyyətinə müsbət və ya mənfi təsir göstərən amillər kimi önə çıxır.

Əvəz Həsənov

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla