AZ

Tomas Lagerlöf: “Musa Qurbanlının depressiyaya düşdüyü hiss olunur”

İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Lagerlöf komandasının azərbaycanlı hücumçusu Musa Qurbanlının oyunlarda meydana çıxmamasının səbəbini açıqlayıb.

O, futbolçuda ruh düşkünlüyünün olduğunu deyib. 

Belə ki, klub ötən yay transfer etdiyi “Qarabağ”ın qolkiperi və Azərbaycan millisinin futbolçusu olan Musa Qurbanlıya böyük ümidlər bəsləyib.

Lakin futbolçu bu il İsveç Kubokunun qrup mərhələsinin ilk iki oyununda iki, “Allsvenskan” premyerasında isə bir oyunla kifayətlənməli olub. Son iki oyunda isə rəqabət səbəbindən ona ehtiyat oyunçular skamyasında belə yer verilməyib.

Baş məşqçi Tomas Lagerlöf bunun hücumçu üçün ağır bir zərbə olduğunu etiraf edib.

“Aydındır ki, onun üçün çətindir. Ardıcıl iki oyunda heyətdən kənarda qalmaq kədərli haldır. Bu, rəqabətli bir vəziyyət olacaq və sonra seçim etməli olacağıq”, - deyə Lagerlöf bildirib.

“O, mübarizə aparmağa davam edir, lakin hazırda bir az depressiyaya düşdüyü hiss olunur.  

Mən tam əminəm ki, o özünə gələcək. Bunun çətin olduğunu başa düşürəm və hamımız onunla birlikdə həyəcan keçiririk”, - deyə Lagerlöf qeyd edib.

Qurbanlı özü isə bu çətin dövrdə öz səviyyəsini və əhvalını qorumağa çalışdığını deyib.

“Futbolda bəzən oxşar vəziyyətlər yaranır. Hər kəs bunu yaşaya bilər. Mən həmişə olduğu kimi, işimi görməyə və başımı dik tutmağa çalışıram. Mən çox işləyirəm”, - deyə o bildirib.

Mənbə: fotbollskanalen.se  

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla