AZ

Türkiyədə iri şəhərlər toza qərq oldu - FOTO

Türkiyənin meteorologiya idarəsi bu gün 44 əyalət üçün toz buludu xəbərdarlığı edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şimali Afrikadan toz daşınması səbəbindən bir çox şəhərlərdə görmə qabiliyyəti və havanın keyfiyyəti azalıb.

Tozlu hava xüsusilə Daxili Ege, Aralıq dənizi, İç Anadolu, Qərbi və Orta Qara dəniz, Şərqi və Qərbi Anadolu bölgələrində təsirlidir.

Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Milli Hava Keyfiyyətinin Monitorinqi Şəbəkəsinin məlumatlarına görə, toz buludlarının göründüyü yerlərdə atmosferin hava keyfiyyətinə təsir edən hissəciklərin nisbətləri artıb.

Ümumdünya Səhiyyə Təşkilatının hər kubmetr üçün 50 mikroqram olaraq təyin etdiyi hissəciklərin həddi İstanbul Üsküdar, Malatya, Ədirnə Keşan və Çanaqqala Çanda 100-150 mikroqram "həssas" dəyərlərə çatıb.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla