AZ

Anomal istilərə görə 6 nəfər öldü

Filippində anomal istilərə görə 6 nəfər dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, Filippin Səhiyyə Departamentinin (DOH) verdiyi açıqlamada yanvarın 1-dən aprelin 18-i arasında 34 nəfərin həddindən artıq istilərlə bağlı səhhətlərində yaranan problemlər səbəbilə xəstəxanaya yerləşdirildiyi və onlardan 6-nın həyatını itirdiyi bildirilib.

34 hadisə ölkənin Visayas, İlokos və Soccsksargen bölgələrindən qeydə alınıb.

Həddindən artıq istilər Filippində həyata mənfi təsir edib və Metro Manila da daxil olmaqla, 11 bölgədə 42 dərəcəni keçən temperaturun insan sağlamlığı üçün təhlükə yaratdığı açıqlanıb. Bir çox məktəblərdə rəsmi təhsil dayandırılsa da, səlahiyyətlilər həddindən artıq istilərin gələn aya qədər davam edəcəyi barədə xəbərdarlıq edib.

Elnur
BakuPost

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla