AZ

Kreml: ABŞ-nin Ukraynaya silah göndərməsinə baxmayaraq məqsədimizə çatacağıq

Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlamalar verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin Ukraynanın uzun müddətdir tələb etdiyi Ordu Taktik Raket Sistemi (ATACMS) kimi tanınan uzaq mənzilli ballistik raketləri gizli şəkildə Kiyevə çatdırdıqları haqda dediklərinə münasibət bildirib:
 
\"ABŞ və avropalıların hərəkətləri artıq aydın və proqnozlaşdırıla biləndir. Onlar hər hansı bir məsələ haqqında təfərrüatlı danışmağa başlayan kimi çatdırılma həyata keçirilir. ABŞ bu məsələdə (Ukrayna) birbaşa iştirak edir. Onlar hərəkət edirlər. təchiz etdikləri sistemlərin çeşidinin artırılması istiqamətində bu, (Ukraynada) xüsusi hərbi əməliyyatın nəticələrinə əsaslı təsir göstərəcək. Biz məqsədimizə çatacağıq, lakin bu, Ukrayna üçün daha çox problem yaradacaq”.

Peskov bəyan edib ki, ABŞ Konqresi üzvləri və senatorlar sözügedən yüklərin ABŞ qanunlarına uyğun olub-olmadığını yoxlamaq hüququna malikdirlər.

ABŞ-nin dondurduğu Rusiya aktivlərinə həbs qoyulacağı təqdirdə Rusiyanın hansı addımları atacağı sualına Peskov belə cavab verib:
 
\"Bunu açıqlamayacağıq. Bunu maraqlarımıza ən uyğun şəkildə edəcəyik. Təbii ki, maraqlarımızı qoruyacağıq\" deyə cavab verib.
 
Gülay
Seçilən
36
37
Mənbələr
Şərh ()
Bağla