AZ

PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"

style='margin-bottom:10px;'>

PSJ-nin prezidenti və Avropa Klublar Assosiasiyasının (ECA) rəhbəri Naser Əl-Xelaifi Super Liqanın yaradılmasından danışıb.

QOL.az xəbər verir ki, o, "Mundo Deportivo"ya açıqlamasında deyib: "Laportadan soruşdum ki, bu axmaq Super Liqa yaratmaq fikri ilə nə vaxt məşğul olacaqlar. Mənim üçün Super Liqa yoxdur. 

Çempionlar Liqası dünyanın ən yaxşı klub turniridir. Onlar orada iştirak edirlər. Biz "Barselona" ilə 1/4 finalda qarşılaşdıq. Ümid edirəm ki, bu ideyanı tezliklə dayandırarlar, çünki bu, gülünc fikirdir".

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla