AZ

"Rusiya ilə münasibət qurmalıyıq" - Makron

Avropa Ukrayna münaqişəsi bitdikdən sonra Rusiya ilə münasibətləri qurmağa hazır olmalıdır.

"Unikal" xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Sorbonna Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Avropa onun üçün ölümcül ola biləcək risklərlə üzləşib. Onların arasında iri rəqiblərin qlobal azad ticarət qaydalarına meydan oxumağa başlaması səbəbindən regionun iqtisadi geriliyi də var. Makronun fikrincə, Avropa üçün də böyük risk Ukraynadakı münaqişədir.

“Gələcək illərdə zəifləmə, hətta məcburi köçkün olma riskləri böyükdür: Avropa ölümcüldür və ölə bilər”, - deyib. 

Ona görə də Avropa dövlətləri Ukrayna böhranı başa çatdıqdan sonra Rusiya ilə münasibətləri qurmağa indidən hazırlaşmalıdırlar.

Gülayə Mecid  

Seçilən
92
41
Mənbələr
Şərh ()
Bağla