AZ

AZPROMO İspaniyada sənədlər imzalayıb

Madrid şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İspaniya Ticarət Palatası və Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası arasında ispan sahibkarların iştirakı ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev səfər çərçivəsində keçirilən tədbirlər və görüşlərin məhsuldarlığını qeyd edib, müzakirə olunan əsas məsələlər haqqında məlumat verib. Bildirilib ki, Agentliyin əsas fəaliyyətinə uyğun olaraq, Azərbaycanın İspaniyaya qeyri-neft ixracının artırılması, o cümlədən ispan şirkətlərinin ölkəmizin investisiya layihələrinə cəlb olunması istiqamətində AZPROMO tərəfindən müvafiq İspaniya qurumları ilə aktiv işlər görülür.

İspaniya Ticarət Palatasının beynəlxalq direktoru Xayme Montalvo qeyd edib ki, bu cür tədbirlər ölkələrimiz arasında biznes və investisiya imkanlarının perspektivlərini müzakirə edilməsi baxımından faydalı və vacibdir. Madrid Ticarət, Sənaye və Xidmətlər Palatasının vitse-prezidenti Auqusto de Kastanyeda ölkəmizin strateji coğrafi mövqeyini qeyd edərək, Azərbaycan-İspaniya investisiya və ticarət münasibətlərinin inkişaf potensialını bu səbəbdən yüksək qiymətləndirib.

Görüşdə iştirak edən Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov qurumlar arasında sıx təmasların rolunu vurğulayıb, ticarət palatalarının və AZPROMO-nun birgə fəaliyyətinin məmnunluq doğurduğunu bildirib.

Tədbir çərçivəsində əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi məqsədilə AZPROMO İspaniya Ticarət Palatası və Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası ilə Anlaşma memorandumları imzalayıb.

Seçilən
100
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16952
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14624
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10362
Səidə Sultan klipi üçün lüt soyundu
9505
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9326
Faiq Sadıqov
8951
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5957
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5935
Gənc aparıcı vəfat etdi - FOTO
5703
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5442
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5401
10 yaşlı uşağın faciəvi ölümü
5313
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4912
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4234
Ruslan Müşfiqabadlının anası vəfat edib
3721
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3348
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3214
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3056