AZ

Təqibdən 53 kilometr qaçan xanım sürücü sərxoş çıxdı;Alkotesterə 44 dəfə üfülədi - VİDEO

Türkiyədə Ağsaray-Konya avtomagistralında “dayan” əmrinə tabe olmayaraq qaçan qadın sürücü jandarma və yol patrul xidmətinin əməkdaşlarına həyəcanlı anlar yaşadıb.

Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, təqibdən 53 kilometr qaçmağı bacaran qadın E-90 trasında saxlanılıb.

Məlumata görə, alkotesterə üfüləyirmiş kimi edib 3 alkotester dəyişdirən qadın 44 dəfə üfüləmədən sonra polis ondan promil ala bilib. 0.97 promil sərxoş çıxan sürücüyə inspektorlar tərəfindən protokol yazılıb və sürücülük vəsiqəsi əlindən alınıb.

 

Namiq Musayev

 

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla