AZ

Nasser Əl-Xelaifi: “Super Liqa ideyası mənasız bir cəhddir”

Avropa Klublar Assosiasiyasına (ECA) başçılıq edən PSJ klubunun prezidenti Nasser Əl-Xelaifi Super Liqanın mümkün təsisi haqda danışıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, qətərli iş adamının müvafiq xüsusda fikirlərini təqdim edir:

“Joan Laportadan soruşdum ki, onlar Super Liqa yaratmaq fikrindən nə vaxt əl çəkəcəklər. Mənim üçün Super Liqa yoxdur. Çempionlar Liqası dünyanın ən yaxşı klub yarışıdır. Onlar orada iştirak edirlər, 1/4 finalda qarşılaşdıq. Ümidvaram ki, onlar bunu tezliklə dayandıracaqlar, çünki bu, mənasız bir cəhddir. Mən həmişə deyirdim ki, onlar geri qayıda bilərlər”, deyə Nasser Əl-Xelaifi bildirib.

Xatırladaq ki, 2023-cü ilin dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətini qanunsuz elan edib. Bu təşkilatların Avropada klub yarışlarında inhisar hüququnun olmadığı vurğulanıb. Beləliklə Avropa qanunlarına əsasən Super Liqanın rəsmən təsis edilə biləcəyi mümkün olub.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla