AZ

Zibil qutularının önünü kəsən maşınlar: həm işçilərə, həm sakinlərə problem yaradır - VİDEO

Paytaxtda problemli məsələlərdən biri də zibil qutuları üçün ayrılmış yerlərin önündə parklanan avtomobillərdir. Belə ki, bəzi səbəblərdən sürücülər maşınlarını məhz zibil qutularının önündə saxlayır. Bu da məişət tullantılarını qutulara atanlara və bu qabları təmizləyən işçilərə mane yaradırlar.

Avtosfer.az xəbər verir ki, analoji vəziyyət İsmayıl bəy Qutqaşanlı küçəsində də qeydə alınıb.

Görüntülərdə bir neçə sürücünün avtomobillərini zibil qutularının önündə park etdiyi aydın şəkildə əks olunub. Həmçinin bəzi sürücülər işçilərin zibil qutularını yalnız axşam vaxtı təmizlədiyini düşünüb, bu addımı atır. Lakin qutuların nə vaxt təmizləndiyi üçün konkret vaxt yoxdur.

Qeyd edək ki, son vaxtlar bəzi vətəndaşlar belə parklanan avtomobillərlə mübarizə aparmağa çalışır. Etiraz əlaməti olaraq zibili qutular əvəzinə park edilən avtomobillərin üzərinə atırlar. Bu artıq dünyada trendləşib.  

Məhəbbət Tərlanoğlu

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla