AZ

Muqurusa tennisdən getdi...

İspaniyalı Qarbinye Muqurusa peşəkar tennisdən getdiyi elan edib.

“Football-plus.az” xəbər verir ko, o, 2023-cü ilin yanvarında karyerasında fasilə götürdüyünü bildirmişdi. Qarbinea Madriddə keçirdiyi mətbuat konfransında belə deyib:
“Bu yolda mənə yardım və məni müşayiət edən bütün adamlara hədsiz minnətdaram. İndi həyatımda yeni fəslə başlamağa hazıram. Yəqin ki, bu fəsil də hansısa şəkildə tennis və idman ilə bağlı olacaq”.

30 yaşlı ispaniyalı dünyanın sabiq birinci raketkasıdı. Karyerası boyunca fərdi hesabda iki “Böyük dəbilqə” turnirini (2016-cı ilin Fransa Açıq çempionatı və Uimbldon-2017), həminin WTA illik Yekun turnirini (2021) qazanıb. Karyerası boyunca 10-u fərdi hesabda olmaqla 15 WTA tituluna yiyələnib.
Seçilən
28
Mənbələr
Şərh ()
Bağla