AZ

Lebron ardıcıl 6-cı oyunda uduzdu, komandasının şansı 7 faizə düşdü

“Leykers” pley-offun ilk mərhələsinin 2-ci oyununda da uduzdu.

“Football-plus.az” xəbər verir ki, bu isə “gölməçəsevərlər”in ulduz forvardı Lebron Ceymsin ardıcıl 6-cı pley-off oyununda məğlubiyyətlə barışması deməkdi. Bu onun karyerasında ən uzun uğursuz seriyadı. Lebron bütün bu oyunları “Denver”ə qarşı keçirib. Xatırladaq ki, “Leykers” ötən il Qərb konfransının finalında “Naqqets”ə seriyada 0:4 hesabıyla uduzmuşdu. Kolorado komandası sonradan MBA-nın finalında da qalib gəldi.

Özü də maraqlıdı ki, “Leykers” bu oyunda 20 xal öndə olsa da, qələbəni əldən verdi. Lebronun oyunsonrası fikirləri:
“Çox güclü komandaya qarşı oynadığımızı bilirdik. Bu liqada 20 xal öndə olmaq heç nəyə təminat vermir, xüsusən də müdafiə olunan çempiona qarşı oynayırsansa. Şansımız var idi”.


Aprelin 23-də keçirilən oyunlardan sonra üç seriyada hesab 2:0 oldu. Ümumiyyətlə, MBA tarixində bir komandanın o birinə seriyada 0:2 uduzduğu 200 hal olub ki, bunların yalnız 7 faizində uduzan komanda geridönüş etməyi bacarıb.

23 aprel
Klivlend – Orlando 96:86 (30:18, 28:26, 22:21, 16:21)
Seriyada hesab – 2:0.
Nyu-York – Filadelfiya 76 104:101 (18:25, 31:28, 30:21, 25:27)
Seriyada hesab – 2:0.
Denver – Leykers 101:99 (24:28, 20:31, 25:20, 32:20)
Seriyada hesab – 2:0.
24 aprel
Minnesota – Finiks 105:93 (24:21, 26:30, 28:20, 27:22)
Seriyada hesab – 2:0.
Miluoki – İndiana 108:125 (26:30, 29:30, 28:32, 25:33)
Seriyada hesab – 1:1.
Klippers – Dallas 93:96 (19:23, 22:22, 25:20, 27:31)
Seriyada hesab – 1:1.
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla