AZ

Litva PUA-ları Belarusa hücum edib?

Litva ərazisindən Belarusa hücum cəhdi ilə bağlı məlumatlar 100% dezinformasiyadır.

Editor.az LRT-ə isstinadən xəbər verir ki, bunu Litva ordusunun nümayəndəsi mayor Gintautas Çunis deyib: “Yüz faiz dezinformasiya… Litvanın Belarusa pilotsuz təyyarələrlə hücum edəcəyi barədə bəyanatlar cəfəngiyyatdır…” – o deyib. Bundan əlavə, Çunis əlavə etdi ki, bu cür ifadələr “yalnız gülüş doğurur”.

Xatırladaq ki, bundan əvvəl bildirilmişdi ki, Belarus təhlükəsizlik qüvvələri Litvadan buraxılan PUA-nın Minskdəki hədəfləri vurmasının qarşısını alıb. Belarus DTK rəhbərinin sözlərinə görə, bu istiqamətdə iş davam edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla