AZ

Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib

Filippinin Şərqi Neqros əyalətində keçirilən festivalda iştirak edən 45-ə yaxın rəqqas və tamaşaçı həddindən artıq istidən huşunu itirib.

“Report” xəbər verir ki, bu barədə Filippin İnformasiya Agentliyi (PNA) adı açıqlanmayan məmura istinadən məlumat yayıb.

Onun sözlərinə görə, festivalda iştirak edənlərin çoxu hələ rəqs proqramı başlamamış havanın isti keçməsi səbəbindən özlərini pis hiss ediblər. Bütün zərərçəkənlərə təcili yardım göstərildiyi qeyd edilir.

Daha öncə həftənin əvvəlində Filippində ekstremal isti hava qeydə alınıb. Bəzi əyalətlərdə havanın temperaturu 47 dərəcəyə qədər yüksəlib. Nəticədə məktəblərdə ənənəvi tədris dayandırılıb, distant üsula keçilib.

Seçilən
26
4
Mənbələr
Şərh ()
Bağla