AZ

“Nyukasl” MY-dən 20 milyon funt-sterlinq tələb edir

“Nyukasl” İngiltərə nəhəngi “Mançester Yunayted”dən 20 milyon funt-sterlinq (23,1 milyon avro) məbləğində pul tələb edir.

Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.

Bu məbləğ idman direktoru Den Eşvortun “sağsağanlar”dan ayrılıb “qırmızı şeytanlar”ın düşərgəsinə keçməsinə görə, təzminat haqqı olaraq “Mançester Yunayted”dən tələb edilir.

Mənbənin məlumatına görə, “Nyukasl” “qırmızı şeytanlar”dan üstəlik olaraq 15 milyon funt-sterlinq (17,3 milyon avro), üstəgəl 5 milyon funt-sterlinq (5,7 milyon avro) məbləğində müvafiq sxem üzrə haqq istəyir. Öz növbəsində mankunianlılar “sağsağanlar”a təxminən 2 milyon funt-sterlinq (2,3 milyon avro) məbləğində təzminat təklif etməyə hazırdırlar.

“Mançester Yunayted”in “Nyukasl”ın tələb etdiyi məbləğdən hiddətləndiyi vurğulanır. İngiltərə nəhəngi hesab edir ki, bu pullar gənc futbolçuların inkişafına daha dərrakəli surətdə xərclənərdi.

Xatırladaq ki, hazırda Den Eşvort 2025-ci ilin sonuna qədər hesablanmış məzuniyyətdədir.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla