AZ

Dövlət qurumu işçi axtarır - MAAŞ 2000-3500 MANAT - VAKANSİYA

Dövlət qurumu

Maliyyə Müdiri

 Son tarix 25 may 2024 - [email protected]

Namizədə bağlı tələblər:

  • Təhsil-Ali;
  • Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq;
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;

İş Şərtləri:

  • İş vaxtı: həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: 2000-3500 AZN

Vəzifə öhdəlikləri:

  • Müəssisənin Maliyyə Departamentinin müdiri Azərbaycan Respublikasının müvafiq qanunlarına, sərəncamlarına, təlimatlarına, normativ aktlarına və direktiv göstərişlərinə əsasən birliyin (aparatın)   maliyyə departamentinin iş fəaliyyətini təşkil edir və  onun fəaliyyətinə  rəhbərliyi və nəzarəti həyata keçirir, bu departamentin işinə, sənədləşməsinə fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdir
  • Мaliyyə aktivlərinin idarə olunması, büdcənin planlaşdırılması və icrası, audit, mehasibatlıq və idarəetmə hesabatları, daşınmaz əmlakın idarə olunması, əmək və maliyyə resurslarından qənaətli istifadə olunması və sığorta kimi fəaliyyət istiqamətlərinə nəzarət edir;
  • Şirkəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləkçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında Şirkətin maraqlarını təmsil edir.
  • Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir;
  • Şirkətin təsərrüfat fəaliyyətini iqtisadi təşkil edir, aparılan əməliyyatlar üzrə efektivliyin strateji və cari analizini həyata keçirir və məsrəflərin minimallaşdırılması məqsədilə onları idarə edir;
  • Şirkətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir və ehtiyatların həyata keçirir;
  • Tabeçiliyində olan kadrların qəbulunda iştirak edir, onların öyrədilması və peşakar yerləşdirilməsi proqramlarını koordinasiya edir;
  • Aylıq və gündəlik daxili hesabatların hazırlanması;
  • Portfelin analizin aparılması;
  • Daxili maliyyə auditinin aparılması;
  • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi;

Maraqlanan namizədlər mövzu yerində “Maliyyə müdiri” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla