AZ

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib. 


Sfera.az bildirir ki, hadisə Chongqing şəhərində baş verib. 

 

Tamaşa zamanı sənətçinin əynində uzun libas olub və paltar onu büdrədib. Lakin konsert ərəfəsində müğənni səhhətindən də şikayət edib.Məlum olub ki, 31 yaşlı vokalçı cəmi iki mahnı ifa edib, onlardan birini ifası zamanı paltarının üstündən büdrəyib. Yıxılan zaman qadın başını möhkəm yerə vurub və bir daha ayağa qalxmayıb.

 

Elə səhnədə müəssisənin işçiləri və təşkilatçılar ilkin tibbi yardım göstərməyə və reanimasiya tədbirləri həyata keçirməyə başlayıblar. Bütün bunlar səhnədə projektorlar altında və tamaşaçıların gözləri qarşısında baş verib. Daha sonra yaxınlıqdakı xəstəxanaya yerləşdirilən qadın bir neçə saat sonra orada dünyasını dəyişib. Həkimlər qadını xilas etməyə çalışsalar da, bu mümkün olmayıb. Müğənninin ölümünə nəyin səbəb olduğu hələlik məlum deyil.

 

Məlum olub ki, müğənni konsertdən əvvəl özünü pis hiss etdiyindən şikayətlənib. Hazırda müğənninin ölüm səbəbi müəyyənləşdirilir.

 

Aynil

Sfera.az

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla