AZ

“Beşiktaş” paytaxtdan bərabərliklə qayıtdı

Bu həftə Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, ilk oyun günündə “Beşiktaş” “Ankaragücü”nün qonağı oldu. Ötən həftəsonu İstanbul nəhəngi superliqa çərçivəsində bu rəqibi öz meydanında iki cavabsız qolla məğlub etmişdi. Amma bu dəfə, gözlənildiyi kimi, hər şey fərqli oldu. Çünki paytaxt təmsilçisi adəti üzrə öz meydanında daha yaxşı oynayır.
Bu komandalar arasında keçmişdən gələn bir prinsipiallıq olduğuna görə “Beşiktaş” fanatları stadiona buraxılmamışdı. Həm də ona görə ki, superliqa çərçivəsində ilk dövrədə, eləcə də ötən mövsüm Ankaradakı oyunda bu komandaların fanatları arasında çaxnaşma yaşanmışdı. 20 minlik “Eryaman” stadionunu dolduran yerli fanatların böyük dəstəyi ilə “Ankaragücü” oyuna çox yaxşı başladı. Artıq 15-ci dəqiqədə Sou yaxın məsafədən topu qapıya göndərdi. Amma uzun çəkən VAR incələməsindən sonra hücumun əvvəlində ofsayd qeydə alındığından qol sayılmadı. Çox keçmədən Sou bu dəfə ofsaydsız qapıçı ilə təkbətək çıxsa da, “çərçivə”yə düşə bilmədi. İlk yarının daha bir yaddaqalan epizodu təcrübəli Tolqa Ciğərcinin topu tirə vurması oldu. “Beşiktaş”ın oyunundan razı qalmayan Sərdar Topraktəpə fasilədə iki dəyişikliyə əl atdı. Fasilədən sonra temp aşağı düşdü. Bu üzdən qapılar önündə, demək olar, heç bir təhlükə yaranmadı. İkinci yarının ən yaddalan anı Mərt Günokun boynuna tribunadan qəpik atılması oldu. Amma təcrübəli qapıçı oyuna davam edə bildi. Ondan fərqli paytaxt təmsilçisinin heyətində müqavilə ilə “Qalatasaray”a məxsus olan Morutsan ağır zədə alaraq oyuna davam edə bilmədi. Onun ən azı 7-8 aylığa sıradan çıxdığı güman olunur. Beləliklə, əvvəlki mərhələdə “Fənərbaxça”ya evdə 3 qol vuran Ankara təmsilçisi “Beşiktaş”ın qapısına yol tapa bilmədi. Kubokun ikiqat qalibi olan və sonuncu dəfə finalda 1991-də oynayan “Ankaragücü” 33 illik həsrətə son qoymaq üçün güclü rəqibi səfərdə yenməyə çalışacaq. Cavab oyunu mayın 7-də keçiriləcək.

yarımfinal, ilk oyunlar
Ankaragücü – Beşiktaş 0:0
Beşiktaş: Mərt Günok, Svensson, Uorrall, Nəcip Uysal, Umut Meraş (Masuaku, 46), Əl-Musrati, Fernandeş, Gezzal (Oksleyd-Çemberleyn, 79), Muçi (Salih Uçan, 88), Raşitsa (Cenk Tosun, 46), Muleka (Abubakar, 90).

Trabzonspor – Fatih Karagümrük 3:2
Visça, 15. Densvil, 41. Funtas, 49 – Mendes, 22. Paoletti, 80.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla