AZ

Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb

Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan Intel şirkəti 2024-cü ilin birinci rübü üzrə balans hesabatını dərc edib.

Marja xəbər verir ki, ilin ilk rübündə şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 12,7 milyard dollar təşkil edib. Intel ötən ilin yanvar-mart dövründə 11,7 milyard dollar gəlir əldə etmişdi.

Intel 2024-cü ilin birinci rübünün yekunu üzrə 437 milyon dollar xalis zərər açıqlayıb. Intel ötən ilin eyni dövründə 2,8 milyard zərər etiyini bildirmişdi.

Mikroçip istehsalçısının səhmbaşına zərəri bu dövrdə 9 sent olaraq hesablanıb. Şirkət ötən ilin birinci rübündə hər səhmə görə 66 sent zərər etdiyini bildirmişdi.

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla