AZ

Alsu “Səs” şousunda qızının haqsız qələbəsinə görə üzr istədi

Müğənni Alsu 2019-cu ilin qalmaqalına görə üzr istəyib.

KONKRET.az xəbər verir ki, müğənninin qızının “Səs. Uşaqlar” şousunda qələbəsi səslərin saxtalaşdırılması kimi tanınıb.

Alsu (əsl adı Alsu Abramova) qızı Mikellanın saxta qələbəsi ilə bağlı bunları deyib:

“Mən açıq şəkildə üzr istəmək istəyirəm. Biz hamımız uşaqlarımızı sevirik və onlara bacardığımız qədər kömək etmək istəyirik. Mənim tərəfimdən bu, çox səhv addım idi. Ona görə də mən Mikelladan və hər kəsdən üzr istəyirəm. Demək istəyirəm ki, artıq olan olub”, – deyə müğənni bildirib.

Müğənni şöhrətindən istifadə etdiyini etiraf edib, lakin məsələnin bu qədər şişəcəyini hesablamayıb.

Sənətçi qızının qələbəsini şounun digər iştirakçılarına haqsızlıq kimi qiymətləndirib.

Qeyd edək ki, Birinci Kanal “Səs” müsabiqəsinin finalında şounun altıncı mövsümünün qalibi Svetlana Lobodanın komandasından olan müğənni Alsunun və iş adamı Yan Abramovun on yaşlı qızı Mikella Abramova olub. Abramovanı seçicilərin 56,5 faizi dəstəkləyib. Əvvəlki mövsümlərə xas olmayan yüksək nəticə ictimaiyyətdə geniş əks-səda doğurub.

Sonradan Birinci Kanal nəticələri ləğv edib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla