AZ

“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”

“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi komandanın hazırkı durumunu dəyərləndirib.

Norveçli yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında Ağdam klubunun hər il daha da gücləndiyini bildirib.

36 yaşlı orta sahə oyunçusu hazırkı heyəti ən yaxşı adlandırıb: “Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir. Diqqət yetirirəm, hər dəfə deyilir ki, builki komanda daha güclüdür. Bu da inkişafdan xəbər verir. Məncə, “Qarabağ”ın indiki heyəti ən güclüsüdür. Çünki bu kollektiv artıq Avropa Liqasının 1/8 final mərhələsinə qədər irəliləyib, böyük klublarla layiqli rəqabət aparıb”.

Elyunussi Çempionlar Liqasının qrupuna adladıqları 2017-2018 mövsümünü unutmadığını söyləyib: “Qarabağ”ın oyunlarını izləmək mənə hər zaman maraqlı gəlir. Mənim oynadığım il Çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdıq. Ölkə futbolu tarixində ilki bacaran heyətdə yer almaq böyük fəxrdir. Həmin mövsümü həyatım boyu unutmayacağam”.

Qeyd edək ki, Tarik Elyunussi 2017-2018 mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla